Bakıda Nazim Hacıyev küçəsində piyadalar üçün təhlükəsizlik dirəkləri quraşdırılır. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) 6 avqust tarixində məlumat yayıb.

Avtomobillərin səkilərdə parklanmasının qarşısının alınması üçün, həmçinin, piyadaların təhlükəsiz hərəkət etməsi məqsədilə dirəklərin quraşdılırmasına qərar verilib – deyə BNA bildirib.

Bununla bağlı vətəndaşlar tərəfindəndən də müracitlərin daxil olduğunu Agentlik qeyd etmişdir.