7 avqust, 19:00-da Bakı Küçə Fotoqrafiyası Festivalı və F3.7 birliyi “Turkuaz Street Collective” qrupundan olan Alphan Yılmazmaden, Rəsul Quliyev və Tural Rəhmanlı ilə görüş təşkil edəcək. Tədbiri həm ziyarət etmək, həm də onlayn qoşulmaq olar, giriş sərbəstdir.

Görüş “Nur Art House” qalereyasında türk və azərbaycan dillərində baş tutacaq. Alphan Yılmazmaden qrupun fəaliyyəti haqqında danışacaq, iştirakçıların işləri nümayiş olunacaq və qrupun kitabını təqdim edəcək.

Fotoqrafların əl işlərinə 9 avqusta qədər “Nur Art House” qalereyasında baxmaq olar.

Kollektiv 2020-ci ilin yanvar ayında Türkiyənin və Azərbaycanın müxtəlif şəhərlərindən 16 həvəskar fotoqrafdan ibarət ilk sərgisini İstanbul Fotoqrafiya və Kino Klubunda keçirmişdir.