Bakının Nəsimi rayonunda Kubinka adlanan ərazidəki Ağadadaş Qurbanov küçəsində fərdi ev yanıb. Yanğın qısa qapanma səbəbindən baş verib.

Yanğının söndürülməsinə 10 yanğınsöndürən avtomobil cəlb olunub.

Alov qismən qonşu evlərə keçib, havaya böyük həcmdə tüstü yayılıb.

15:50-də yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.