Keçirilən əməliyyatlar nəticəsində Adıgözəl Quliyev, Yaşar İsmayılov, Niyaz Hüseynov və Mahir Hümbətov polis tərəfindən saxlanıb. Bu barədə avqustun 9-da məlum olub.

Abşeron rayon polis bölməsinə verilən məlumata əsasən Yol Patrul Xidmətinin stasionar postunda “VAZ 2107” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildən Adıgözəl Quliyevə məxsus 80 qram heroin tapılıb.

Sabunçu rayonunda tutulan Yaşar İsmayılovdan 12 ədəd kibrit qutuda marixuana və elektron tərəzi tapılıb. İsmayılovun narkotikləri naməlum xarici ölkə vətəndaşından aldığı və onun satışı ilə məşğul olduğu müəyyən olunub.

Paytaxtın Nərimanov rayonunda Niyaz Hüseynovun və Mahir Hümbətovun üzərindən ümumi 13 qrama yaxın heroin, 9 qram metamfetamin, 7 ədəd preqabalin həbi aşkarlanıb.

Hər üç faktla bağlı materiallar araşdırılır.