10 avqust tarixindən Bakıda 179 nömrəli marşrut xətti “BakıKart” sisteminə keçir.
Bu barərə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Avtobuslar Pirşağı qəsəbəsi – Azadlıq prospekti metrostansiyası istiqamətləri üzrə hərəkət edirlər.
Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:
- A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu)
- 28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu)
- Azadlıq pr.104 (Binəqədi rayonu)
- 2-ci Mədən (Binəqədi rayonu)
- Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu)
- Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu)
- Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu)
- Əjdər Məlikovküç , Pirşağı qəs. (Sabunçu rayonu)
- Sovxoz 2,Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu)
Bundan öncə, 4 avqust tarixindən Bakıda 161 nömrəli marşrut xətti nağdsız ödənişə keçib.