Bakıda hər həftənin istirahət günləri “Tarana’s Small Gallery and Café” məkanında dulusçuluq üzrə master-klass təşkil olunur. Dərs böyüklər və 3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Orada gildən hazırlanan məhsulların sirrlərini bu sahə üzrə təcrübəyə malik olan ustalardan öyrənmək mümkündür. Master-klass zamanı, həmçinin, gilin kimyəvi xüsusiyyətləri barədə də məlumat verilir.
Dərsin qiyməti böyüklər üçün 20 manat, uşaqlar üçün 15 manatdır. Materiallar master-klassın qiymətinə daxildir. Sonda məhsul iştirakçılarda qalır. Məhsulun sobada yandırılacağı təqdirdə 3 həftə sonra götürmək mümkündür.
Dərslər saat 14:00-da başlayır və eyni vaxtda 4-5 nəfər iştirak edə bilər.
Öncədən qeydiyyatdan keçmək mütləqdir. Əlavə məlumat üçün +994 55 425 0976 nömrəsi ilə əlaqə saxlamaq olar.
“Tarana’s Small Gallery and Café” kafesi İçərişəhərdə, Asəf Zeynallı 16 ünvanında yerləşir.