Xəzər rayonunun Binə, Buzovna, Qala qəsəbələrində və Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yolların əsaslı təmiri davam edir. Bu barədə 9 avqust tarixində məlum olub.

Bakının Nizami rayonunun Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov hissəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi təmir edilir.

Binə qəsəbəsində 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsinin isə ümumi uzunluğu 7,5 km olan 3 yolunda təmir-tikinti işləri bitmək üzrədir.

Rayonun Binə qəsəbəsi üzrə 3.6 km uzunluğa malik Nəsimi küçəsində təmir işləri yekunlaşıb. Bolluq massivi, Cəfər Cabbarlı, Nizami və Bünyadzadə küçələrində isə təmir işlərinin son mərhələsi başa çatmaqdadır.

Buzovna qəsəbəsində uzunluğu 1.2 km olan Xəzər küçəsinin təmiri də nəzərdə tutulur.

2021-ci ildə Nizami rayonu üzrə uzunluğu 6 km, Xəzər rayonununda isə ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.