Paytaxtın bütün rayonlarında dezinfeksiya işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bu barədə bu gün, 10 avqust tarixində məlumat yayıb.

Tibbi-profilaktik tədbirlər hər gün yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılır.

Səbail və Nəsimi rayonlarından başlayan tədbirlər həftəsonu Bakının əsas küçə, prospekt və yollarında genişmiqyaslı dezinfeksiya aparılması planlaşdırılır.

COVİD-19 infeksiyası ilə bağlı 9 avqust 2021-ci ildə verilən məlumata görə ötən sutka ərzində 1101 nəfər yoluxub, 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 12.518 nəfərdir.