Bakı metropolitenində qadın relslərin üzərinə düşüb. Hadisə bu gün, 10 avqust saat 12:50 radələrində baş verib.

Gənclik stansiyasında qatar yoluna düşən 54 yaşlı Dilgüşə Bəkirova olub. Stansiyaya yaxınlaşan qatar dayanıb. Elektrik gərginliyinin verilməsi dayandırılıb və sərnişin relslərdən çıxarılıb. Metronun Yaşıl və Qırmızı xətlərində 10 dəqiqəyə yaxın yubanma olub.