Bakıda 20 Yanvar metrosunun yaxınlığında 10 avqusta keçən gecə qəza baş verib.
İki avtomobilin toqquşması nəticəsində 35 yaşlı Pərvin Əliyev başından xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl 5 avqust tarixində Bakının Heydər Əliyev prospekti – hava limanı yolunun Böyük Şor yol qovşağı istiqamətində yol nəqliyyat hadisəsi baş vermişdi.