Bakıda qanunsuz su çəkənlərə qarşı cinayət işi başlanılıb. Bu barədə, 10 avqust tarixində Baş Prokurorluğun mətbuat xidməti xəbər yayıb.

Sabunçu rayonu, Maştağa qəsəbəsi və Albalılıq-2 yaşayış massivində qanunsuz su xətlərinin çəkildiyi aşkar olunub.

Buzovna qəsəbəsində yerləşən 35 kilovoltluq yarımstansiyanın önündəki yeraltı su xəttinə 10 yaşayış evinin qanunsuz qoşulması və bunu qanuniləşdirmək üçün Xəzər Sukanal İdərəsinin işçisi Elvin Hüseynova ümumilikdə 2680 manat vermələri müəyyən olunub.

Hal-hazırda istintaq tədbirləri davam edir.

Bundan öncə 28 iyul tarixində Xəzər rayonunun “Albalılıq-2” adlanan yaşayış massivində ev alqı-satqısı ilə məşğul olan bəzi şəxslər özlərini “Azərsu”-nun əməkdaşları kimi təqdim edib, sakinlərdən müəyyən məbləğlərdə pul alıb, yaşayış evlərinə qanunsuz su xətləri çəkməklə bağlı məlumat daxil olmuşdu.