Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bakının Nizami rayonunda yerləşən Qızıl Qaya restoranının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Bu barədə 10 avqust məlum olub.
Şadlıq evində keçirilən tədbirin portalda (icaze.e-gov.az) qeydiyyatdan keçmədiyi, işçilərin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Bundan əvvəl, 2 avqust, Bakının Nəsimi rayonunda yerləşən Fayton restoranı da AQTA tərəfindən cərimələnmişdir.