“YARAT”ın təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq muzeyində açılan sərgilər yay rejiminə keçib.

Bu barədə bu gün, 10 avqust tarixində məlum olub.

Sərgiyə çərşənbə axşamı və bazar günü olmaqla bələdçi ilə saat 12:00-dan 20:00-a, bələdçisiz isə 21:00-dan 22:00-a qədər baxmaq olar.

Hazırda muzeydə rəssam Rəşad Ələkbərovun “Özünsən!” solo sərgisi və  “XX əsrin son çiçəkləri: Y nəsli” qrup sərgisi, eləcə də “Öz adanı kəşf et” adlı sərgi ziyarətçilər üçün açıqdır.