Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, avqustun 9-da axşam saatlarında intihar hadisəsi baş verib.

Hadisə “Akkord” yaşayış kompleksində qeydə alınıb, 30-35 yaşlı qadın özünü binanın damından ataraq yerindəcə dünyasını dəyişib. İlkin məlumata görə, həmin qadın binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan qabaq, həmin gün günorta saatlarında 31 yaşlı Elşən Əhmədov yaşadığı evində özünü asıb. İntiharın səbəbləri məlum deyil.