Bakının Heydər Əliyev prospektində Ask Arena-nın qabağında avtomobil yanıb. Hadisə 11 avqust 14:30 radələrində baş verib.

“Ford” markalı nəqliyyat vasitəsi prospektdə hərəkət edərkən mühərrik hissəsi alışıb. Yolda sıxlıq yaranıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunaraq nəqliyyat vasitəsi söndürülüb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.

Eyni gündə şəhərin Xətai rayonunda iki fərqli ərazidə yanğın qeydə alınmışdı. Ukrayna dairəsi yaxınlığındaAşıq Ələsgər küçəsində baş verən yanğınların ikisi də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülmüşdür.