Abşeron rayonunda və Bakıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 şəxs saxlanılıb. Onlardan ümumi 20 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.

Yasamal rayonunda keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əlimurad Abdurəhmanov şübhəli şəxs kimi saxlanılıb. O, internet üzərindən narkotiklərin satışını həyata keçirirdi.

Binəqəqdi rayonunda həyata keçirilən digər əməliyyatda Elşad Əliyev saxlanılıb. Üzərində və evindən ümumilikdə 1 kiloqram 180 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.

Nəsimi və Abşeron rayonlarında növbəti əməliyyat zamanı 3 nəfər saxlanılıb. Novruz Baxşıyevdən ümumi çəkisi 1 kiloqram 775 qram olan metamfetamin və heroin, Akif Süleymanov və Rasim Hüseynov üzərlərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər istintaqa cəlb olunublar.