Bakı şəhəri Nəsimi rayonun Vaqif prospekti boyunca yerləşən park bərpa olunub. İşlər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilib. Bu baradə 10 avqust tarixində qurum rəsmi səhifəsində məlumat paylaşılıb.

Parkda yeni avadanlıq, oturacaqlar və işıq dirəkləri quraşdırılıb. Yaşıllaşdırma işləri aparılarılıb – ağaclar budanıb, mövsümi çiçəklər əkilib, qazon döşənib. Əlil arabalarının giriş-çıxışı üçün panduslar yaradılıb, idman avadanlığı quraşdırılıb, şahmat meydançası salınıb.

Həmçinin, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 6 bina qarşısında yerləşən həyət abadlaşdırılıb və sakinlərin istifadəsinə verilib.