UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın Qarabağ klubunun Bakıda oyunu keçiriləcək. Rəqib Kiprin “AEL Limassol” klubu olacaq. Matç Tofiq Bəhramov stadionunda 12 avqust saat 20:00-da başlayacaq.

Oyuna stadion tutumunun yarısı qədər azərkeş buraxılacaq. Bu, təxminən 15.000 adam deməkdir. Biletlərin qiyməti 3, 5, 10, 20 və 30 manatdır. Biletləri aşağıdaki ünvanlardan almaq mümkündür:

  • Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (3-5 azn);
  • İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
  • FAW Azərbaycan həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək. VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq;
  • Park Bulvardakı Qarabağ FK-nın Fan-Şopunda 11:00-dan 19:00-dək, həmçinin, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində 10:00-22:00 aralığında bütün biletlər satışa çıxarılacaq.

Bir şəxs cəmi 3 bilet ala bilər.

İki komanda arasında birinci görüş 1-1 hesabı ilə bitmişdir. 90+3-cü dəqiqədə Qarabağdan Zoubir hesabı bərabərləşdirmişdi.

Eyni gündə Azərbyacan çempionu Avropa liqası çərçivəsində Finlandiyanın Helsinki klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da Bolt Arena-da başlayacaq.