Bilgəhdə yerləşən Bakı Metropoliteninə aid kotteclərin birində alışma baş verib. Hadisə 11 avqust gecə saatlarında qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Tez bir zamanda alışma söndürülüb, nəticədə yanğına çevrilməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.