Abşeron rayonunda quldurluq hadisəsi baş verib. Bu baradə bu gün, 12 avqust tarixində məlum olub.

Bakı şəhər sakini Elçin Hüseynov polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs onun Ford Karqo markalı 90-CS-122 dövlət nömrə nişanlı avtomobilinə minib, bıçaqla hədələyərək 410 manatını mənimsəyib.

Keçirilən əməliyyat nəticəsində şübhəli şəxs müəyyən olunaraq tutulub. Saxlanılan Aydın Lətifov əvvəllərdə məhkum edilib.

Daha öncə, iyulun 28-də Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılmışdır.