VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” 22-26 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə yerli və xarici nəşriyyatların çap məhsulları ilə, həmçinin, nəşriyyatlarla mümkün əməkdaşlıq üçün kitab mağazaları ilə tanış olmaq, kitab biznesinin inkişafı barəsində təcrübələr paylaşmaq mümkün olacaq.

İştirakçılar və ziyarətçiləri sərgidə əlavə tədbirlər də gözləyir.

5 gün davam edəcək sərgi-yarmarka Mədəniyyət Nazirliyi və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü ilə həyata keçirlir.

Foto açıq mənbədən
Foto açıq mənbədən