13 avqustdan etibarən 10 saylı avtobusun marşrut xəttində dəyişikliklər olacaq. Bu baradə bu gün, 12 avqust Bakı Nəqliyyat Agentliyinin rəsmi saytında məlumat yayılıb.
Beləliklə, marşrut xətti Kristal Abşeron YK-dən da keçəcək. Avtobus xətti hal-hazırda Yasamal Yaşayış Kompleksini şəhər mərkəzi ilə əlaqələndirir.
Kristal Abşeron kompleksində 1500-dən çox sakin yaşayır.