Yarat film klubu çərçivəsində ARTIM Layihə Məkanında 13 avqust saat 20:00-da “Qırış” filminin nümayişi baş tutacaq.

Rejissoru Əflatun Abdullayev olan film, insanın əbədi axtarışda olması haqqındadır. 13 dəqiqə davam edən nümayiş azərbaycan dilində və ingilis alt yazılarla baş tutacaq.

Yerlərin sayı məhdud olduğundan qeydiyyat mütləqdir və yalnız 13 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

ARTIM Layihə Məkanı, İçərişəhərdə, Kiçik Qala 5 ünvanında yerləşir.