12 avqust, gecə saatlarında Bakıda yol qəzasında bir nəfər xəsarət alıb. Hadisə Yasamal rayonunun Tbilisi prospektində baş verib.

“Samand” avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəl yol kənarındakı ağaclara, daha sonra “Hyundai” və “Toyota” markalı avtomobillərə çırpılıb. Nəticədə “Samand”ın sərnişini xəsarət alıb.

Yol Patrul Xidmətinin verdiyi məlumata görə, qəzaya səbəb olan “Samand” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Bundan əvvəl, 10 avqust, Bakıda iki avtomobilin toqquşması nəticəsində 35 yaşlı Pərvin Əliyev başından xəsarət almışdır.