Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobil piyadanı vurub. Hadisə 12 avqust gecə saatlarında baş verib.

Paytaxt sakini A.Yusifov idarə etdiyi avtomobillə yolu keçən kişini vurub. Piyada aldığı xəsarətdən yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə bu gün Xaçmazda baş verib. Bakı sakini Elnur Zeynalov Yalama kənd sakini Cavid Atakişiyevi vurub. 53 yaşlı piyada hadisə yerində ölüb.