Həftənin son iş gününü canlı musiqi müşayiəti ilə bitirmək istəyənlər Hard Rock Cafe və GATE 25 restoranlarını ziyarət edə bilər.
13 avqust Bakının mərkəzində yerləşən Hard Rock Cafe-də HAZRY qrupu canlı musiqi proqramı ilə çıxış edəcək. Canlı ifanın saat 20:00-da başlanacağı nəzərdə tutulur.
Daha bir canlı ifaya GATE 25-də qulaq asa bilərsiniz. Cümə günü axşam saat 20:00-dan 22:00-a qədər “X-Factor 4” musiqi yarışmasının iştirakçılarından olan Fuad Əsədov öz repertuarı ilə çıxış edəcək.
Rezerv etmək üçün əlaqə nömrələri:
Hard Rock Cafe Baku: +994 12 404 82 28
Gate25: +994 50 299 25 25