Suraxanıda avtomobilləri oğurlayıb sonra ehtiyat hissələrini satan dəstə saxlanılıb. Hadisə 12 avqust tarixində baş verib.

Suraxanıda polislər tərəfindən keçirilmiş əməliyyat zamanı cinayət törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar.

Öz ifadələrində bildiriblərki sonuncu dəfə onlar “Toyota” markalı avtomobili qaçırıb sonra ehtiyyat hissələrə ayırıb satmaq istəyiblər. Axtarış zamanı Ramiz Əliyevin həyətindən “Toyota” avtomobili maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.