Bakıda azyaşlı bacı və qardaşa qarşı ögey qohumları tərəfindən zorakılıq tədbiq olunub. Bu barədə 13 avqust tarixində məlum olub.

Xocəsən qəsəbəsində yaşayan 6 yaşlı qız və 14 yaşlı oğlan uşaqlarına qarşı ögey dayısı və arvadı tərəfindən əzab verilməsi faktı aşkar olunub. Fiziki və psixoloji zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, ögey dayısı uşaqların nadinc aparılmasını bəhanə edərək, oğlanın sağrı nahiyəsinə qızdırılmış bıçağı bir neçə dəfə basıb. Arvadı isə qızın saçını və qaşını kəsib, müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.