Pfizer peyvəndini seçənlər Yeni Klinikada canlı növbəyə yazılaraq vaksinasiya oluna bilərlər.

Nizami rayonu ərazisində yerləşən Yeni Klinikada peyvənd olunmaq istəyənlərə Pfizer vaksini təklif olunur. Pfizer seçimini edənlər klinikaya yaxınlaşıb yerindəcə növbə götürə bilər.

Seçdiyiniz peyvəndi bildirdikdən sonra qeydiyyat şöbəsi sənədlərinizi sistemə daxil edəcək. Novbəti olaraq peyvənd otağına keçib vaksinasiya olunacaqsınız. Əks təsirin olmadığına əmin olmaq üçün xüsusi ayrılmış gözləmə otağında 10-15 dəqiqə oturduqdan sonra klinikanı tərk edə bilərsiniz.

Hər mərhələdə peyvənd seçimini xatırlatmaq tövsiyə olunur. Klinikada vaksinasiya prosesi həftəiçi saat 09:00-dan 16:00-a qədər aparılır.

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiyada 12 avqust tarixində 64.280 nəfər peyvənd olunub. Onlardan 43.943-ü 1-ci mərhələ üzrə, 20337-i isə 2-ci mərhələ üzrə vaksinasiya olunanlardır.