Avqustun 13-ə keçən gecə Bakının 3 rayonunda yanğınlar qeydə alınıb.

Xətai rayonunda çoxmərtəbəli binanın 9-cu mərtəbəsində alışma olub. Taxta qəliblər 10 kv.m sahədə yanıb.

Binəqədi rayonunda 170 kv.m sahəsi olan ikimərtəbəli evin ikinci mərtəbəsində 12 kv.m sahə kül olub.

Xəzər rayonunda ümumi sahəsi 200 kv.m olan mebel sexi tamamilə yanıb. 1 nəfər tüstüdən zəhərlənib. Ətrafdakı tikililərə ziyan dəyməyib.

Hər üç yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.