Həftəsonunu muxtəlif musiqilərin əhatəsində keçirmək üçün indidən seçim edə bilərsiniz.

14 avqust, şənbə günü İstanbul Meyhane Bilgah və Madrid Bar restoranlarında yerli və xarici ifaçıların çıxışı gözlənilir.

Miri Yusif və Türk ifaçısı İrem Derici İstanbul Meyhane Bilgah restoranında saat 18:00-da öz repertuarları ilə çıxış edəcəklər. Məkana giriş biletlə olacaq. Masanın səhnəyə yaxın olmasından aslı olaraq biletin qiyməti 130 manatdan 300 manata qədər dəyişir. Hər bir biletə standart menyu daxildir.

Biletləri İstanbul Meyhane Bilgah və Ceyhunbey Hacıbəyli 14 ünvanındakı filialdan və ya whatsapp vasitəsilə onlayn sifariş edə bilərsiniz.

Əlavə məlumat üçün : +994 50 600 99 29

 

Çingiz Mustafayev və Dihaj Madrid Restobarda 14 avqust tarixində,saat 19:00-da musiqi proqramı ilə çıxış edəcəklər. Biletlərin qiyməti 50,100 və 150 manatdır. 50 manata olan biletlər ayaqüstü yerlər üçün nəzərdə tutulub və ona yalnız “welcome drink” daxildir. 100 və 150 manata olan biletləri almaqla səhnəyə yaxın stol və ya kresloda əyləşərək həmin məbləğ müqabilində sifariş vermək mümkündür.

Biletləri əldə etmək üçün Madrid Restobara və ya 24 saat fəaliyyət göstərən Paris bistro restoranına yaxınlaşa bilərsiniz.

Əlaqə nömrəsi : +994 51 225 48 25