Bakıda bu həftəsonu gücləndirilmiş tibbi-profilaktik tədbirlər aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Paytaxtın əsas prospekt və küçələri səhər saatlarında dezinfeksiya olunmağa başlayacaq. BŞİH sakinlərə məcburiyyət olmadığı halda küçəyə çıxmamağı xahiş edir.

Dezinfeksiya işləri COVİD-19 infeksiyasının ölkədə artması səbəbindən keçirilir. Cari həftə dezinfeksiya həftəsi elan olunub.