13 avqust tarixində Nərimanov rayonunda karantin qaydalarını pozaraq evində qəlyanxana açan şəxs saxlanılıb.

Yaşadığı evində müştəriləri qəbul edib onlara qəlyan təklif edən Nurlan Hüseynov saxlanılıb. Həmçinin polisin apardığı əməliyyat zamanı onun evində 3 müştəri saxlanılıb və polis bölməsinə dəvət olunub. Həmin şəxslər   ayrılıqda 200 manat cərimə olunub.

Nurlan Hüseynov barəsində protokol tərtib edilib.

Növbəti əməliyyat zamanı Nərimanov rayonunda karantin qaydalarını pozaraq onlayn şəkildə müştərilərə qəlyan sifarişi çatdıran Rövşən Ağayev saxlanılıb. O, 8 sutka inzibati qaydada həbs edilib.