Bakıda yerləşən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təmir-bərpa işləri aparılır.

Tikilinin fasadı bərpa olunur. Təmir işlərinin sentyabr ayına kimi yekunlaşması planlaşdırılır. Ötən il binanın içi təmir olunmuşdur.

Teatrın binası 1910-cu ildə tikilmişdir. 18 oktyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır.