Bakıda tibbi-proflaktik tədbirlər gücləndirilmiş rejimdə davam edir.

Cari həftəsonu dezinfeksiya işləri paytaxtın əsas prospektlərində, parklarda və digər insanların çox toplandığı ərazilərdə aparılır. Tədbirlər həftənin şənbə və bazar günləri səhər saatları keçirilir.

COVİD-19 infeksiyasının ölkədə artması səbəbindən cari həftə dezinfeksiya həftəsi elan olunub.

13 avqust 2021-ci il tarixində olan məlumata görə son sutka ərzində 1769 nəfər yoluxub, 16 nəfər vəfat edib. Aktiv xəstə sayı 18.707 nəfər təşkil edir.

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az