Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 658 kv.m. olan ikimərtəbəli restoranda yanğın baş verib. Bu haqda bu gün, 14 avqust səhər saatlarında FHN-in mətbuat xidməti məlumat yayıb.
Yanğın birinci mərtəbədə baş verib – mətbəxdə yerləşən soyuducular alışıb. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb və evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Daha öncə, 31 iyul, Bakı şəhərinin Bibiheybət ərazisində yerləşən Şəfa restoranına məxsus köhnə binada yanğın baş vermişdir.