Biləcəri qəsəbəsi Ordubadi küçəsi döngə 2 ünvanında yüksəkgərginlikli elektrik xətləri partlayıb. Bu barədə Baku TV məlumat yayıb.

Naqillər qırılaraq bir-birinin üstünə düşüb. Şahidlərin dediklərinə görə, partlayış 1-1,5 saat davam edib. Həmçinin, naqillərin düşdüyü ərazidən qaz boruları da keçir. Ətraf tikililərə ziyan dəyməyib.

“Hadisəyə səbəb artıq yüklənmə idi. Yanan xətlər bərpa olunub”, – deyə Azərişıq bildirib.