Bakıda 17 avqust tarixində Lev Tolstoyun Anna Karenina adlı romanı əsasında eyniadlı filmi nümayiş olunacaq. Tədbir “What’s Anna’s Fault?” adı altında saat 15:00-da Bright Academy  kurslarının binasında baş tutacaq.

Tədbir iki hissədən ibarət olacaq.

Birinci hissədə nümayişdən sonra  “Anna Karenina” filminin və romanın diskussiyası nəzərdə tutulub. Film ingilis dilində göstəriləcək.

İkinci hissədə “19-cu əsrdə qadın” motivli danışıq klubunda “conversation” olacaq.

Nümayişə gələnlər yerindəcə 3 manat ödəyib filmə baxa bilərlər. Qiymətə həmçinin bir içki də daxildir.

Yerlər məhdud sayda olduğuna görə öncədən qeydiyyatdan keçməyiniz mütləqdir.

Əlaqə nömrəsi: +994 51 435 51 57

İştirak üçün  İçərişəhər m/s yaxınlığı, Bünyad Sərdarov küçəsi 2 ( Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz) ünvanına yaxınlaşa bilərsiniz.