Bakının Heydər Əliyev prospektində “ASK” arenanın qarşısında ölümlə nəticələnən qəza baş verib. Bu baradə bu gün, 16 avqust məlum olub.

“Hyundai Elantra” markalı avtomobili idarə edən qadın, yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışan yeniyetməni vurub. Piyada yerindəcə keçinib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Yaranmış vəziyyətlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsini bölmə rəisi Vaqif Əsədov da fikrini bildirib. Hadisə yerinin yaxınlığında yerüstü keçidin olmasına baxmayaraq piyadalar çox vaxt laqeyd yanaşır və prospekti avtomobillər hərəkət edən hissəsindən keçirlər. Heydər Əliyev prospektində hərəkət sürəti – 90 km/saat-dır.

Ümumilikdə, sutka ərzində Bakı şəhəri ərazisində avtomobillərin iştirakı ilə azı 5 yol-nəqliyyat hadisəsi baş verib.