Nəsimi rayonu Məşədi Dadaş məscidinin önündə 13 avqust tarixində adam bıçaqlayaraq qaçan şəxs saxlanılıb. Bu barədə Nəsimi rayon Prokurorluğunun mətbuat xidməti bu gün, 16 avqust məlumat yayıb.
38 yaşlı Məhəmməd Rəhimov, tanışı Dadaş Həmzəyevlə arasında olan mübahisə zamanı Həmzəyevə bıçaq zərbəsi vurmuşdur.
Rəhimov istintaqa cəlb olunub.
13 avqust saat 15:00 radələrində İbrahim Əbilov küçəsində 43 yaşlı Dadaş Həmzəyev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanmışdır. O, saat 22:00 radələrində xəstəxanada dünyasını dəyişmişdir.