16 avqust tarixində Sabunçu rayonunda qadın bıçaqlanıb.

Zabrat 2 qəsəbəsi, Əzizbəyov küçəsində yaşayan 56 yaşlı Səmiyyə Babayeva qaynı tərəfindən bıçaqlanıb. O, qadının evinə gələrək qəfil ona hücüm edərək döş qəfəsinə bir neçə bıçaq zərbəsi endirib.

Babayeva təcili olaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.