Binəqədi rayonu Sulutəpə qəsəbəsində Azərişıq əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə Baş Prokurorluq bu gün, 16 avqust məlumat yayıb.

Elektrik-montyor Mütafil Məmmədov elektrik dirəyinə çıxaraq xətlərdə təmir işləri aparırdı. Hadisənin 14 avqustda baş verdiyi bildirilir.

Bundan əvvəl, 14 avqust tarixində Biləcəri qəsəbəsi Ordubadi küçəsi döngə 2 ünvanında yüksəkgərginlikli elektrik xətləri partlamışdır.