Xətai rayonunda hər iki Qarabağ müharibəsinin şəhidlərinə həsr olunmuş abidə kompleksinin açılışı olub. Bu barədə bu gün, 16 avqust tarixində məlum olub.

Şəhid Ülvi Rəfiyev və Zaur Cəfərov adına abidə kompleksinin açılışında hər iki şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri və digər ictimaiyyət üzvləri iştirak ediblər.

Sonda şəhid ailələrinin üzvləri və rayon sakinləri ilə xatirə şəkili çəkilib.

Ülvi Rəfiyev 2020-ci il oktyabrın 15-də, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Zaur Fərəcov 1994-cü il yanvarın 28-də Xocavənd uğrunda gedən döyüşlərdə itkin düşüb. 1999-cu il sentyabrın 22-də ona şəhid statusu verilib.