18 avqust tarixindən Bakıda 130 nömrəli marşrut xətti “BakıKart” sisteminə keçir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi istiqaməti üzrə hərəkət edirlər.

Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəs.)
  • Alim Şəbiyev küç. (Lökbatan qəs.)
  • Seymur Orucov küç. (Lökbatan qəs.)
  • 28 may küç. (Lökbatan qəs.)
  • Həmid Sultanov küç 97b, (Xocasən qəs.)
  • Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəs.)
  • Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi

Bundan öncə, 10 avqust tarixindən Bakıda 179 nömrəli marşrut xətti nağdsız ödənişə keçmişdir.