18 avqust saat 20:00-da Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə TheLandmark Biznes Mərkəzində foto xeyriyyə hərracı keçiriləcək.

F3.7 Birliyi və PlatformART-ın təşkilatçılığı ilə baş tutacaq hərracın Orange Grove/Landmark Rotunda Terasda keçirilməsi nəzərdə tutulub. Auksionda 10 gənc fotoqrafın bu yaxınlarda Bakı Fotoqrafiya Evində DEFOCUSED adlı sərgidə nümayiş etdirilən əsərləri təqdim olunacaq.

Əldə edilən vəsait ekologiya sahəsində fəaliyyət göstərən “Ecofront” qeyri-hökümət təşkilatının istifadə olunmuş batareyaları toplamaq və ləğv etməklə ətraf mühitin təmizlənməsi aksiyasına yardım kimi bağışlanacaq.

Pandemiya vəziyyəti və yerlərin məhdud olması ilə əlaqədar iştirakınızı öncədən [email protected] elektron poçt ünvanına bildirməyiniz xahiş olunur.