Bakı şəhəri, Yasamal rayonunun Nəriman Nərimanov prospektində bu gün, 17 avqust qəza baş verib. Xəsarət alan olmayıb.

“Mercedes” markalı avtomobilin sürücüsü sürət həddini aşaraq sərt döngəyə daxil olub və nəticədə işıq dirəyinə çırpılıb. Avtomobilə zərər dəyib, işıq dirəyi isə yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ümumilikdə, sutka ərzində Bakı şəhəri ərazisində avtomobillərin iştirakı ilə azı 4 yol-nəqliyyat hadisəsi baş verib.