Bakının Nəsimi rayonunda eyni yolayrıcında bir gün ərzində iki fərqli qəza baş verib. Bu barədə bu gün, 17 avqust tarixində məlum olub.

Hadisələr Xan Şuşınski ilə Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. Hər iki qəzada yol nişanı olmağına baxmayaraq ikinci dərəcəli yoldan çıxan nəqliyyat vasitəsi əsas yolda hərəkət edən avtomobilə çırpılıb.

Daha bir qəza bu gün paytaxtın Nizami rayonu Babək prospektində baş verib. “Audi” markalı nəqliyyat vasitəsi “VAZ21015” markalı avtomobillə toqquşub. Sonuncunun sürücüsü 28 yaşlı Sabirabad rayon sakini Baba Qaxidzov və sərnişin xəstəxanada vəfat ediblər.