Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil olunub. Bu barədə Nazirliyin mətbuat xidməti bu gün, 17 avqust tarixində məlumat yayıb.

Ancaq mərkəzlərin ximdətlərinə müraciət edən vətəndaşlar peyvənd oluna bilərlər.

Səyyar məntəqələr Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin nazirlik üzrə 1 saylı şöbəsi), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib.

Briqadada yalnız “CoronaVac” peyvəndindən istifadə olunur. Vaksin həkim yoxlanışından sonra vurulur.

16 avqust tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun digər qurumlarının qəbul mərkəzlərində vətəndaşlardan COVİD-19 pasportu və ya immunitet sertifikatı tələb olunacaq.