17 avqust gecə saat 02:30-da Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın baş verib.

Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hadisə yerinə 9 yanğınsöndürmə texnikası cəlb olunub və yanğın 02:43-də söndürülüb. Ümumi 126 kv.m. olan ərazidə 70 kv.m. sahədə taxta və yanar konstruksiya yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yaxında olan tikililər yanğından mühafizə olunub.