Nizami rayonunda intihara cəhd edən 85 yaşlı kişi xəstəxanada ölüb. Bu barədə 17 avqust tarixində məlum olub.

16 Avqust səhər saatlarında Sultan Əliyev yaşadığı evində sirkə içərək intihar etmək istəyib. O, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmıyaraq 17 avqust gecə saatlarında dünyasını dəyişib.

İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.